aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Pezəşkian: Atəşkəs İranın cavab zərbəsi barədə qərarına təsir edə bilər
sizinxeber.az xəbər saytı

Pezəşkian: Atəşkəs İranın cavab zərbəsi barədə qərarına təsir edə bilər


İsrailin Qəzza və Livanda atəşkəsə razılıq verməsi İranın oktyabrın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab tədbirləri barədə qərarına təsir edə bilər.

“Report” IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezəşkian bildirib.

Onun sözlərinə görə, İsrail "yaxşı bilir" ki, İrana qarşı səhv etdikləri təqdirdə "darmadağın edici cavab alacaqlar".

"Yalnız onların öz davranışlarını yenidən nəzərdən keçirməsi, atəşkəsə və regionda günahsız insanların öldürülməsinə razılıq verməsi bizim necə və hansı güclə cavab verəcəyimizə təsir edə bilər", - deyə Pezəşkian vurğulayıb.

Xatırladaq ki, oktyabrın 26-da gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu İranın müəssisələrinə, o cümlədən raket istehsalı və HHM sistemləri obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Oxşar xəbərlər

Pezeşkian: Qəzzada atəşkəs İranın İsrailə qarşı cavab addımı atmaq qərarına təsir edə bilər
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
İran İsrail ordusunun hücumuna cavab verməyəcək
Bayden İsrailin İrana qarşı cavab planını açıqladı
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər