Rusiya Prezidenti Vladimir Putin MDB-dən həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ənənəvi qeyri-rəsmi Yeni il ərəfəsində sammitə dəvət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşü zamanı deyib:

"Əlbəttə ki, gözəl bir ənənəyə uyğun olaraq, əziz dostlar, hamınızı dekabrın 21-də Sankt-Peterburqa dəvət etmək istərdim. Orada biz qeyri-rəsmi və dostluq şəraitində keçirilən görüş üçün bir araya gəlirik".

Yeni il ərəfəsində görüşün gündəliyini şərh edən Vladimir Putin bildirib:

"Biz bütün cari və perspektivdə olan məsələləri müzakirə edə bilərik".