"Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya və Azərbaycan Prezidentləri ilə rəsmi görüşlər nəzərdə tutulmayıb".

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 8-də keçirilən brifinqdə çıxışı zamanı bildirib.

Paşinyan xatırladıb ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. O əlavə edib ki, Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər təxminən bir ay əvvəl baş tutub, Türkmənistandakı görüşün formatı isə söhbət xarakteri daşıyır, ona görə də təmaslar olacaq.

"Rəsmi görüş planlaşdırılmır", - deyə Nikol Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, daha əvvəl də nəyisə müzakirə etmək zərurəti yarandıqda görüşlərin keçirilməsinə yerində qərar verildiyi hallar olub.