"Əgər Azərbaycan əsgəri qaydaları kobud şəkildə pozmasaydı, biz onu həmin gün qaytarardıq"
Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib:
"Düşünmürəm ki, bu hadisə hansısa şəkildə sülh prosesini təhlükə altında qoysun".
Paşinyanın sözlərinə görə, sülh prosesi artıq yaradılıb:
"Biz Şəkidəki hadisəni kiçiltmək fikrində deyilik, lakin dünənki parlament müzakirəsi məni dəhşətə gətirdi. Allah eləməsin, əgər hərbçilərimizdən biri səhvən Azərbaycan ərazisinə keçsə, həmin qiymətləndirmələrə necə reaksiya veriləcəyini görərik. Sonra da deyərlər ki, sülh elə bu idi?"