"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyətə malikdir".

Sizinxeber.Az"Report"a istinadən xəbər verir ki, Mirziyoyev bunu Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Bu gün görüşümüz xüsusi əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq qardaş Azərbaycanla birlikdə keçirilir", - Özbəkistan Prezidenti qeyd edib.

Mirziyoyev Türkmənistanın uğurlu sədrliyini qeyd edərək vurğulayıb ki, ötən il ərzində ölkələr bir sıra mühüm istiqamətlər üzrə regional əməkdaşlıqda nəzərəçarpacaq irəliləyişə və konkret razılaşmalara nail ola biliblər.

Özbəkistan Prezidenti həmçinin region ölkələri arasında dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsinə verdiyi çoxillik töhfəyə görə türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını bildirib.