Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb.
“Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib.
A.Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.
Oxşar xəbərlər
Türkiyədə altı terror aktının iştirakçısı olan iki təhlükəli terrorçu öldürülüb
Türkiyədə terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirilib
İraqda terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib
Türkiyədə terrorçulara qarşı irimiqyaslı əməliyyat keçirilib, 200-dən çox şübhəli saxlanılıb
Türkiyədə terrorçulara qarşı əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













