Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib
sizinxeber.az xəbər saytı

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib


Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.

“Sizinxeber.az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.

Oxşar xəbərlər

Ukrayna Rusiyanın iki qırıcısını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Rusiyanın bütün hücumlarını dəf edə bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər