Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı verilib
Qazaxıstanın paytaxtı Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı elan edilib və sərnişinlərdən aviasiya təhlükəsizliyi qaydalarına əməl etmələri xahiş olunur.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının məlumatında deyilir.
“Sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrini xahiş edirik”, - məlumatda bildirilir.
Daha sonra hava limanının mətbuat xidməti həyəcan siqnalının sərnişinə görə qaldırıldığını bildirib.
Belə ki, KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin zarafat etdiyini deyib.
Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (terror aktı haqqında bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi açılıb. Onun 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Bu yolda sürət həddi azaldıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kremldən Mahaçqala hadisələri ilə bağlı ilk şərh [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












