Ərdoğan Albaniyanın Baş naziri ilə Qəzzanı müzakirə edib
ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə ikitərəfli münasibətləri, habelə regional və qlobal mövzuları müzakirə edib.
“Report” Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində baş tutub.
“Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi üçün çalışmağa davam edəcəklərini bildirib”, – mətbuat xidməti diqqətə çatdırıb.
Türkiyə lideri “İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi qırğınların regional və qlobal sülhə zərər verdiyini, insan haqları və beynəlxalq hüququn pozulmasına son qoyulmalı olduğunu, dünya dövlətlərinin hamılıqla sülhyönümlü hərəkət edəcəyi təqdirdə, İsrailin dayanmaq məcburiyyətində qalacağını” vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyəni regional və qlobal gücə çevirmək üçün çalışırıq
Ərdoğan Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
