Rəsmi Moskva: Ermənistanla Cənubi Qafqazda sabitliyin artırılması üçün birgə əməkdaşlıq öhdəliyimiz var
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva: Ermənistanla Cənubi Qafqazda sabitliyin artırılması üçün birgə əməkdaşlıq öhdəliyimiz var


Rusiya və Ermənistanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin artırılması məsələlərində əməkdaşlıq etmək öhdəliyi var.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin “Böyük müqavilə”nin imzalanmasının ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya və Ermənistan siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə əməkdaşlığı gücləndirir.

Avqustun 29-da Ermənistan və Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanmasının 27 ili tamam olur.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər