Ermənistanda ordu generalının oğluna cinayət işi qaldırılıb
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavininin oğlu İrəvanda saxlanılıb.
Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Enriko Apriamovun oğlu Gevork Apriamov İrəvanda baş verən qəzadan sonra saxlanılıb.
Avqustun 22-də Şopron küçəsində 38 yaşlı Gevork Apriamovun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə “Opel” markalı avtomobillə toqquşub. O, hadisə yerinə gələn polisə səhhəti ilə əlaqədar avtomobilə idarəetməsini itirdiyini deyib. Apriamov Erebuni Tibb Mərkəzinə aparılsa da, tibbi yardımdan imtina edib.
Polis əməkdaşları Apriamovla birlikdə hadisə yerinə qayıdıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinə baxış zamanı pipetlər (damcı tökən) və narkotikə oxşar maddə aşkar ediblər. Apriamov Nor Nork polis bölməsinə aparılıb, iş materialları isə cinayət işinin açıldığı İstintaq Komitəsinə verilib.
Qeyd edilir ki, Apriamov 2018-ci ildə də “Hyundai Sonata” ilə qəza törədib. Onun idarə etdiyi avtomobil sonra Alabyan küçəsində qarşıdan gələn zolağa çıxıb, hərbi məktəbin hasarına çırpılıb və onun ərazisinə düşüb.
Oxşar xəbərlər
Erməni general restoranda baş verən atışmaya görə iki ay müddətinə həbs edilib
Ermənistanda polis bölməsinə hücumla bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb
Sabunçuda maşın avtoyuma məntəqəsindəki avtomobilə çırpılıb, xəsarət alan var
İrəvanda atışma olub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













