Türkiyəli nazir Azərbaycana təşəkkür edib
“Meşə yanğınlarına qarşı mübarizədə bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm”.
“Sizinxeber.az” xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.
“Onlar da (Azərbaycan xalqı – Qeyd) yanğına qarşı mübarizə aparan təyyarə ilə bizim yanımızda olduqlarını nümayiş etdirdilər. “İki dövlət, bir millət”in necə olduğunu bu dəfə də dünyaya göstərdik”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə üç gündür davam edir
Türkiyə səfiri: Həmrəyliyə və dəstəyə görə Azərbaycana təşəkkür edirik
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - VİDEO
Azərbaycanın amfibiya tipli təyyarəsi İzmirdə eniş edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













