Dağıstanın Kaspiysk şəhərində YDM-in yaxınlığındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB
Dağıstanın Kaspiysk şəhərində yanacaqdoldurma məntəqəsi (YDM) yaxınlığındakı avtoservisdə baş verən yanğın lokallaşdırılıb.
Bu barədə "Sizinxeber.az" Rusiya mediasına istinadən xəbər verir.
Dağıstan FHN-in məlumatına görə, yanğın yanacaqdoldurma məntəqəsinin yanındakı avtoservisin ərazisində alışan avtomobildən başlayıb.
Xilasedicilər alovun yanacaqdoldurma məntəqəsinə yayılmasına imkan verməyib, propanla dolu avtosisternin partlamasının və alovun qonşu binalara keçməsinin qarşısını ala biliblər.
Yaşayış evləri üçün təhlükə yoxdur.
Prokurorluq yoxlama aparır.
Dağıstanın Kaspiysk şəhərinin mərkəzində böyük yanğın hadisəsi baş verib.
Bu barədə "Sizinxeber.az" yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.
Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.
Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.
Oxşar xəbərlər
Dağıstanda böyük yanğın baş verib
Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb
KİV: İsrailin hücumlarından sonra Beyrut aeroportu yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Qroznıda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub
Qroznıda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
