Paşinyan: Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur, yerlərdə məskunlaşma səviyyəsi aşağı olaraq qalır.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.
"Biz ərazisi 29 743 kvadrat kilometr olan dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarışına son qoymalıyıq. Bu ərazi inkişaf və rifah üçün kiçik deyil. Bu gün onlarla yaşayış məntəqəmiz boşdur, ümumilikdə dövlətimizdə məskunlaşma səviyyəsi aşağıdır", - o deyib.
Onun sözlərinə görə, bunun səbəbi sülhün olmaması - vətənin, milli kimliyin və təhlükəsizliyin məhz dövlətlə, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı olduğunun kifayət qədər dərk edilməməsi olub.
Baş nazir vurğulayıb ki, ölkə rəhbərliyi "Həqiqi Ermənistan" ideologiyasına əsaslanaraq fəaliyyət göstərir, buna görə, sülh və təhlükəsizlik ilk növbədə, qonşularla ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyin tanınması əsasında qurulmuş münasibətlərlə təmin edilir.
Paşinyan həmçinin bəyan edib ki, "itirilmiş vətənin qaytarılması, tarixi sərhədlərin və ədalətin bərpası"nın tərəfdarı olan qüvvələr Ermənistanı təhlükəli yola sürükləyir və bunun son nəticəsi dövlətçiliyin itirilməsi ola bilər.
"Biz bu tələdən çıxmağı bacardıq. Ermənistanı yenidən bu istiqamətə yönəltmək cəhdləri isə dövlətimizi və xalqımızı edam kürsüsünə dəvət etməkdir", - o vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan: Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir
Alen Simonyan: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir
"Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq..."
Paşinyan: Azərbaycanla sülh nəinki mümkündür, hətta tam əldə edilə bilər
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh yaxındır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib
