Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq


Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında post paylaşıb.

"23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq. Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq. Bayramınız mübarək!" - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan XİN Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyəni təbrik edib
Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib
XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq
XİN: Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik
Azərbaycan XİN Avstraliyanı milli bayramı münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər