Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb
sizinxeber.az xəbər saytı

Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün Liviyada davam edən "Flintlock-2026" çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin açılış mərasimində iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi Liviya Milli Birlik Hökumətinin müdafiə naziri general-mayor Əbdüssəlam Zubi, Liviya Milli Ordusunun baş komandan müavini, ordu generalı Səddam Haftar və ABŞ Afrika Komandanlığının müavini general-leytenant Con Brennan ilə görüşlər də keçirib.

Oxşar xəbərlər

Fransa ordusunun Baş Qərargah rəisi istefaya göndərilib
Türkiyə və ABŞ-nin Baş Qərargah rəisləri Suriyadakı prosesləri müzakirə ediblər
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib - YENİLƏNİB
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər