Akif Çağatay Kılıç: Suriya ilə əməkdaşlığa görə Türkiyə Avropa ölkələrinin tənqidinə məruz qalırdı
Türkiyə Suriya ilə əməkdaşlığına görə 7–8 il əvvəl ciddi tənqidlərə və təzyiqlərə məruz qalırdı. Xüsusilə Avropa ölkələri bu münasibətlərə görə Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirirdi.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, bu gün isə vəziyyət dəyişib:
"Suriyanın hazırkı rəhbərliyi artıq Antalya kimi platformalarda Avropa ölkələrinin liderləri ilə görüşlər keçirir. Bu da göstərir ki, zaman keçdikcə yanaşmalar dəyişir və dialoqun əhəmiyyəti daha yaxşı başa düşülür. Bu kontekstdə sual ortaya çıxır: uzunmüddətli perspektivdə kim daha doğru yanaşma nümayiş etdirdi?"
Müşavir xatırladıb ki, Türkiyə hər zaman dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya açıq olduğunu bəyan edib və bu mövqeyini qoruyub saxlayır.
Oxşar xəbərlər
Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük
Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var
Türkiyə və ABŞ prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər
Hikmət Hacıyev: Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
