Əliabadi: İran elektrik stansiyaları vurulacağı təqdirdə onların sürətli bərpasına dair plana malikdir
İran ABŞ və İsrail tərəfindən zərbələr endiriləcəyi təqdirdə elektrik stansiyalarını sürətlə bərpa etmək imkanlarına malikdir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin energetika naziri Abbas Əliabadi IRIB dövlət teleradio şirkətinə bildirib.
O qeyd edib ki, vətəndaşlar narahat olmamalıdırlar: "Elektrik stansiyaları vurularsa, onlar sürətlə bərpa ediləcək və modernləşdiriləcək".
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın enerji sisteminə güclü zərbələr endirməklə hədələmişdi. Bununla belə, ötən gün Tramp bildirib ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.
Oxşar xəbərlər
Tramp İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb
Aİ ABŞ-nin İranın enerji infrastrukturuna zərbələri dayandırmasını müsbət qarşılayıb
KİV: ABŞ ilə danışıqlara İran parlamentinin sədri Qalibaf rəhbərlik edir
İranda işıq problemi olmayacaq
Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
