Aİ ABŞ-nin İranın enerji infrastrukturuna zərbələri dayandırmasını müsbət qarşılayıb
ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna hərbi zərbələrin dayandırılması barədə bəyanatı münaqişənin deeskalsiyası yolunda müsbət addımdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas səfərdə olduğu Nigeriyanın paytaxtı Abucada keçirdiyi mətbuat konfransında deyib.
"Düşünürəm ki, enerji infrastrukturuna hücum etməməklə bağlı son bəyanat çox müsbət hadisədir. Hesab edirəm ki, infrastrukturun hər hansı formada hədəf alınması regionda xaosa səbəb olur və faktiki olaraq bu müharibəni daha da kəskinləşdirir", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.
Oxşar xəbərlər
Tramp İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb
KİV: ABŞ ilə danışıqlara İran parlamentinin sədri Qalibaf rəhbərlik edir
Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
"Ynet": ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
