sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Haşemi: İrandakı GPS-n fəaliyyətində pozuntular təhlükəsizlik tədbirləri ilə bağlıdır
İranda GPS siqnallarının və tezlik spektrlərinin işindəki fasilələr təhlükəsizlik problemləri, o cümlədən dronların mümkün mövcudluğu ilə bağlıdır.
“Sizinxeber.az” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi bildirib.
O, fasilələrin həm rabitəyə, həm də bu xidmətlərdən asılı olan biznesə təsir etdiyini etiraf edib.
"Təbii ki, belə problemlər əhaliyə xidmətlərin göstərilməsində çətinliklər yaradır", - o qeyd edib.
Haşeminin sözlərinə görə, hazırda vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmaq məqsədilə problemin tədricən həlli üçün səylər göstərilir və məsləhətləşmələr aparılır.
Oxşar xəbərlər
İranda internetə çıxış tam bərpa edilib
İranın yeni Nazirlər Kabinetinin 8 üzvü keçmiş hökumətdə təmsil olunub
Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf edib
Emil Məcidov: "Yaşıl keçid" KOB-lar üçün əhəmiyyətli investisiya və dəstək tələb edir"
İranda istilər su və elektrik təchizatında fasilələrə səbəb olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













