Ermənistan və İran XİN rəhbərləri regional prosesləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Ermənistan və İran XİN rəhbərləri regional prosesləri müzakirə edib


Avqustun 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkiyanın nümayəndə heyətinin tərkibində İrəvana gələn iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mirzoyan və Əraqçi iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı kontekstində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görüləcək işləri müzakirə ediblər.

Rəhbərlik səviyyəsində müzakirələri davam etdirən XİN başçıları regional kommunikasiyaların blokdan çıxarılması ilə açılan imkanlara və bu məsələdə əldə olunan qarşılıqlı anlaşmaya (“Tramp marşrutu”nu nəzərdə tutulur – red.) da toxunublar.

Oxşar xəbərlər

Ermənistan və İran XİN başçıları ikitərəfli gündəlikdə duran məsələləri müzakirə ediblər
Ermənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Mirzoyan və Əraqçi regiondakı vəziyyəti müzakirə ediblər
Ermənistan və Qazaxıstan XİN başçıları regional kommunikasiyaların açılması məsələsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle