Ekspert: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda kommunikasiyaların açılması üçün vacibdir
sizinxeber.az xəbər saytı

Ekspert: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda kommunikasiyaların açılması üçün vacibdir


Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması planlarının vacib hissəsidir.

Bunu "Sizinxeber.az"a britaniyalı jurnalist Onnik Krikoryan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın dünən Ermənistan-Türkiyə sərhədində baş tutan görüşünü şərh edərkən deyib.

Jurnalist qeyd edib ki, hazırda məsələ sərhəddən keçidin yalnız xüsusi nümayəndələr üçün deyil, adi vətəndaşlar üçün də nə zaman normaya çevriləcəyi ilə bağlıdır. Eyni zamanda, Krikoryan görüşün münasibətlərin normallaşması ərəfəsində simvolik xarakterli olduğunu deyib.

Onun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı ilə sıx bağlı olub və belə də qalmaqdadır.

Münasibətlərin normallaşmasının hər hansı iqtisadi faydalarına gəlincə, bəziləri hesab edirlər ki, heç bir fayda olmayacaq və Ermənistan hətta əlverişsiz vəziyyətə düşə bilər. "Ancaq gələcəkdə Ermənistanın Türkiyəyə elektrik enerjisi satması da daxil olmaqla bəzi faydalar ola bilər", - o bildirib.

Krikoryan qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq üçün üzünü Qərbə tutub. Buna görə də Türkiyə ilə münasibətlərin normallaşması təkcə İrəvan üçün deyil, ABŞ üçün də inanılmaz dərəcədə vacibdir, çünki xüsusilə bu ölkə Rusiyanı bölgədən sıxışdırmağa çalışır.

Ekspertin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib ki, həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, rəsmi Ankara regionda yeni dominant oyunçu olmaq üçün əsas namizəd olacaq.

"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayan iyul ayında həm İrəvanda, həm də Bakıda bu iki prosesi məhz belə nəzərdən keçirdiyini açıq şəkildə deyib: bu proseslər bir-biri ilə əlaqəlidir, ona görə də İrəvanı inandırmağa çalışıb ki, Azərbaycanla Naxçıvan arasında əlaqə yaradılması vacibdir", - deyə Krikoryan bildirib.

Qeyd edək ki, dünən Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə beşinci görüşü keçirilib. Bundan əvvəl xüsusi nümayəndələr iki il əvvəl Vyanada görüşmüşdülər.

Oxşar xəbərlər

Toivo Klaar: Türkiyə və Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazın daha sabit olması üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan XİN: Türkiyə ilə münasibətlərin normallaşması prosesinə sadiqik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO Baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər