Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB-2
Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam edir.
“Sizinxeber.az” xəbər verir ki, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsində olublar.
Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir.
"Sizinxeber.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.
Oxşar xəbərlər
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb - FOTO - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistan xüsusi nümayəndələri sərhəddə görüşəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi nümayəndələrin görüşü Türkiyə ərazisində davam etdirilir - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddə görüşü keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












