İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb
sizinxeber.az xəbər saytı

İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb


Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.

Oxşar xəbərlər

Paşinyan və Pezeşkian arasında telefon danışığı olub
İran Prezidenti Ermənistana rəsmi səfər edib
Məsud Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB - 2
Paşinyanın aparatı Pezeşkianın Ermənistana səfər tarixini dəqiqləşdirib
Məsud Pezeşkianla Nikol Paşinyan görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle