Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
“Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır. Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına əsaslanaraq hərtərəfli normallaşmasıdır”.
“Sizinxeber.az”un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.
“Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olmağa töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikalarının rəhbərlərinin Vaşinqtonda görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək.
İki ölkə arasında barışıq regional kontekstdə inteqrasiya olunmalı və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır.”, o qeyd edib.
Oxşar xəbərlər
Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
