Yanğınlar səbəbindən 3500-dən çox Bursa sakini təxliyə olunub
Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhərini təhdid edərək 3500-dən çox insanı evlərini tərk etməyə məcbur edib.
"Sizinxeber.az"un AP-yə istinadən məlumatına görə, Türkiyənin şimal-qərbində Bursanı əhatə edən meşəlik dağlarda gecə baş verən yanğınlar sürətlə yayılıb.
Meşə naziri İbrahim Yumaklı jurnalistlərə bildirib ki, Bursanın şimal-şərqindəki kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə edilib.
Daha əvvəl Yakuplar (300 sakin) və Çakmak (200 sakin) kəndləri tamamilə təxliyə edilmişdi. Bu gün daha dörd yaşayış məntəqəsinin - Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca sakinlərinin təxliyə edilməsi barədə qərar qəbul edildiyi məlum olub.
Bursa meri Mustafa Bozbəy bir yanğınsöndürənin xidməti vəzifələrini yerinə yetirərkən ürək tutmasından vəfat etdiyini bildirib və əlavə edib ki, alov şəhərin ətrafında 3000 hektarı əhatə edib.
Oxşar xəbərlər
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
Türkiyədə meşə yanğını səbəbindən 2 minə yaxın insan təxliyə edilib
Türkiyədə yanğınlar səbəbindən 4 əyalətdən 4 minə yaxın sakin təxliyə edilib
Türkiyəli nazir: Yaxın vaxtlarda böyük meşə yanğınlarını nəzarət altına almaq niyyətindəyik
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













