Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib
sizinxeber.az xəbər saytı

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib


Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu oyuncaqları gömrük bəyannaməsi bəyan edilmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub.

İstanbul Sabiha Gökçen Hava Limanına gələn iki sərnişin aparılan risk analizindən sonra nəzarətə götürülüb. Sərnişinlər “Gömrüyə aid heç bir əşyam yoxdur” mənasını verən yaşıl xəttdən istifadə edərək oradan çıxdıqdan sonra onların baqajından 132 ədəd sözügedən oyuncaq aşkar edilib.

Qeyd edək ki, Çinin "Pop Mart" şirkətinin "Labubu" oyuncağı son dövrlərdə sürətlə populyarlıq qazanıb. "Labubu" oyuncağının alıcılarının 40 faizi xarici ölkələrin vətəndaşlarıdırlar və "Pop Mart" şirkəti qərbli rəqiblərini bazarda sıxışdırır. "Pop Mart"ın bazar kapitallaşması, son məlumatlara görə, təxminən 41 milyard dollara yüksəlib. Bu, məşhur ABŞ oyuncaq istehsalçıları "Mattel" və "Hasbro"nun birlikdə qazandığından çoxdur.

Oxşar xəbərlər

İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb
Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir
Sabiha Gökçen hava limanında sabah uçuşların sayı azaldılacaq
Sabah Sabiha Gökçen hava limanından nəzərdə tutulmuş uçuşların 10 faizi ləğv olunub
SOCAR “Nakkaş Holding” ilə logistikaya və Sabiha Gökçen hava limanının infrastrukturuna investisiya qoymağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər