Sizinxeber.az » DÜNYA » Region » Paşinyanın silahdaşı "Ermənistan Elektrik Şəbəkələri"nin müvəqqəti idarəçisi təyin edilib

Paşinyanın silahdaşı "Ermənistan Elektrik Şəbəkələri"nin müvəqqəti idarəçisi təyin edilib

Həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin müvəqqəti idarəçisi vəzifəsinə Baş nazir Nikol Paşinyanın yaxın silahdaşı təyin edilib.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Bildirilib ki, İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası bu gün keçirilən iclasda Romanos Petrosyanın QSC-nin müvəqqəti idarəçisi vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu təyinata qədər Petrosyan Dövlət Nəzarət Xidmətinə rəhbərlik edib.

Daha əvvəl N.Paşinyan "Taşir" Şirkətlər Qrupuna məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsinin planlaşdırıldığını bildirib. Bu, şirkətlər qrupunun sahibi Karapetyanın evində axtarışın aparılması və onun həbsindən bir neçə saat sonra baş verib. Eyni zamanda, o, şirkətin xarici dövlətin, daha dəqiq desək, dost ölkədən beynəlxalq şirkətin idarəçiliyinə veriləcəyini istisna etməyib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !