Parlament sədri: Gürcü xalqı ideoloji təhlükə ilə üz-üzədir
sizinxeber.az xəbər saytı

Parlament sədri: Gürcü xalqı ideoloji təhlükə ilə üz-üzədir


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını ölkəsinə qarşı ideoloji təzyiqlər göstərməkdə ittiham edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “İmedi LIVE” televiziya proqramında çıxış edən parlament sədri Avropa İttifaqının Gürcüstanda qəbul edilən “Ailə dəyərlərinin müdafiəsi haqqında” qanuna yönəlik tənqidlərini əsassız adlandırıb.

“Avropa elə bir dövrdən keçib ki, insanlara Yerin düz olduğunu deyirdilər və əksini deyənləri yandırırdılar. Bu gün də bənzər bir durum yaşanır - bizi bidətçi elan edib, gürcü xalqını ideoloji təhlükə adı altında yandırırlar", - o deyib.

Spiker vurğulayıb ki, sözügedən qanun cəmi beş səhifədən ibarətdir və bir neçə əsas məsələni əhatə edir. Qanunda yalnız kişi və qadın arasında evliliyin hüquqi baxımdan tanınması, LGBT fərdlərinin azyaşlı uşaqları övladlığa götürə bilməməsi, cinsiyyət dəyişdirmə əməliyyatlarının qadağan olunması, sənədlərdə yalnız bioloji cinsin qeyd edilməsi və təhsil müəssisələrində gender ideologiyasının təbliğinin yasaqlanması nəzərdə tutulur: "Bu qanun ictimai sifariş əsasında hazırlanıb və hakim partiyanın seçki proqramında da yer alıb. Məsələyə dair keçiriləcək referendum da bu mövqeyin xalq tərəfindən dəstəkləndiyini göstərəcək".

O, Avropa İttifaqının viza rejiminin liberallaşdırılması məsələsini ailə dəyərləri ilə əlaqələndirməsini “yalan dilemma” adlandırıb.

“Gürcü xalqına deyirlər ki, Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, qəbul etməlisiniz ki, kişi qadın ola bilər. Bu isə anti-elm, ideoloji absurdluqdur. Biz bu yolu qəbul etmirik”, – parlament sədri vurğulayıb.

Oxşar xəbərlər

Parlament sədri: Almaniyanın Gürcüstandakı səfiri müxalifətin təbliğatçısına çevrilib
Parlament sədri: AŞPA gürcü xalqına qarşı alətə çevrilib
Gürcüstan parlamentinin sədri: Seçkilər şər və xeyir, dinsizlik və mənəviyyat arasında seçimdir
Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
Parlament sədri: Qərb dövlətləri gürcü xalqının seçiminə hörmətlə yanaşmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle