Rusiya Ukraynaya ümumilikdə daha 3 min hərbçinin meyitini təhvil verəcək - YENİLƏNİB
Rusiya Ukraynaya ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verəcək.
“Sizinxeber.az”un Rusiya mənbələrinə istinadən məlumatına görə, bunu Rusiyanın danışıqlar qrupuna yaxın mənbə bildirib.
Onun sözlərinə görə, iyulun 17-də min meyitin təhvil verilməsi bu prosesin başlanğıcıdır.
"Ukrayna tərəfinə, Rusiya Prezidentinin vəd etdiyi kimi, 3 min meyit təhvil veriləcək. Bu gün məhz bu prosesin başlanğıcıdır", - deyə o bildirib.
Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib.
"Sizinxeber.az"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya daha 1 000 Ukrayna Silahlı Qüvvələrinin əsgər və zabitinin meyitini qaytarıb.
Ukrayna isə Rusiya Silahlı Qüvvələrinin 19 hərbçisinin meyitini qaytarıb.
Oxşar xəbərlər
Medinski: Ukrayna Rusiyanın 19 hərbçisinin meyitini qaytarıb
Rusiya daha 1 200 hərbçinin meyitini Ukraynaya təhvil verib
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
Rusiya Ukraynaya daha 1000 hərbçinin meyitini təhvil verib
Ukraynaya 900-dən çox hərbçinin, Rusiyaya isə 41 nəfərin meyiti qaytarılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








