Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib


Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir gənclik festivalı” proqramında çıxışında deyib.

O bildirib ki, terror nəticəsində Türkiyədəki qardaşlığa zərbə dəyib: “İndi ölkəmizi, millətimizi bu bəladan tamamilə xilas etmək üçün çox həssas və qətiyyətli addımlar atırıq. İnşallah, hədəfə çatana qədər dayanmayacağıq. Terrorsuz Türkiyə mənzilinə mütləq çatacağıq”.

R.T.Ərdoğan vurğulayıb ki, terror təşkilatı özünü ləğv etdiyini, silahları buraxacağını açıqlayanda içəridə bəziləri bundan narahat oldular.

"Ekranlarda üzləri düşənlərimi axtarırsınız, sütunlarında qara bağlayanlarımı axtarırsınız? Terror təşkilatına gedib, az qala, "etməyin, eləməyin, terroru buraxmayın" deyə yalvaracaqlar. Bu günə qədər terrordan bəsləndilər. Terror bitsə, dəzgahları dağılacaq, istismar sahələri yox olacaq, ideologiyalarının qumdan qalaları dağılacaq. Ona görə fəryad-fəğan edərək ətrafı bulandırmağa çalışırlar. Biz artıq bu müsibətdən qalıcı və qəti olaraq qurtulmaq istəyirik", - Türkiyə Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Ərdoğan: “Terror hücumları ilə millətimizi bölmək dövrü bitib, uduzacaqlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle