Gürcüstanda  təhsil mərkəzlərinə 600-ə yaxın Azərbaycan dilində kitab hədiyyə olunub
sizinxeber.az xəbər saytı

Gürcüstanda təhsil mərkəzlərinə 600-ə yaxın Azərbaycan dilində kitab hədiyyə olunub


Gürcüstanda yaşayan azərbaycanlı icmaların təhsil və mədəni inkişafına dəstək məqsədilə 600-ə yaxın Azərbaycan dilində bədii kitab Gürcüstanın bölgələrində fəaliyyət göstərən təhsil, mədəniyyət və icma mərkəzlərinə hədiyyə olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, kitabların paylanması “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin maliyyə və “Maarif” təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.

Kitab kampaniyasının əsas məqsədi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə gənclərin Azərbaycan dilində bədii ədəbiyyata çıxış imkanlarını artırmaq, dil və mədəniyyətin qorunmasına töhfə verməkdir.

Kitab təqdimatı və paylanma mərasimində Azərbaycanın Gürcüstandaki səfirliyinin əməkdaşları, Tbilisi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexidə yerləşən təhsil, tədris və icma mərkəzlərinin rəhbərləri, müəllimlər və gənclər iştirak ediblər.

Layihə çərçivəsində paylanan kitabların gənclərin dünyagörüşünün inkişafına, ana dilində oxu vərdişlərinin formalaşmasına və Azərbaycan mədəniyyətinə marağın artırılmasına xidmət edəcəyi bildirilib.

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Zahid Oruc: “İrəvan xanlığının mətbəxi” kitabı mədəni sərvətlərin pasportudur
Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib
Azərbaycan Ankarada keçirilən kitab sərgisində qonaq ölkə kimi iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle