Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var


Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb.

İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.

İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.

Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.

Oxşar xəbərlər

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada açılmış cinayət işini İstintaq komitəsinin Baş idarəsi aparacaq
Rusiya İstintaq Komitəsi Sverdlovskda başlanmış cinayət işinin istintaqını nəzarətə götürəcək
Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib
Rusiya İstintaq Komitəsi generalın ölümünə səbəb olan partlayışın səbəbini açıqlayıb - YENİLƏNİB
Volqoqradda baş verən yanğında bir qadın və iki uşaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle