Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin həbs müddəti uzadılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin həbs müddəti uzadılıb - YENİLƏNİB


Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri - Əhliman Gənciyevin həbs müddəti uzadılıb.

12:44

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının 27 iyun tarixində keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun həbs qətimkan tədbirinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.

"Sizinxeber.az"un Rusiya bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 16:30-da daha bir saxlanılan şəxs - Əhliman Gənciyevin işi üzrə məhkəmə iclası keçiriləcək.

İyunun 26-sı səhər saxlanılan Şahin Lalayevin qətimkan tədbirinin uzadılması ilə bağlı sabah yerli vaxtla saat 10:30-da dinləmənin keçirilməsi gözlənilir.

Əvvəlcə məhkəmə işdə adı keçən hər üç şəxsi üç gün müddətinə həbs etmişdi.

Oxşar xəbərlər

Yekaterinburqda daha bir azərbaycanlının məhkəməsi keçirilir – YENİLƏNİB 3
Yekaterinburqda daha bir azərbaycanlının məhkəməsi keçirilir – YENİLƏNİB 2
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb – YENİLƏNİB 4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər