ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F-35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
Ankara və Vaşinqton bu ilin sonuna qədər Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini almasından sonra iştirakdan çıxarıldığı “F-35” qırıcılarının istehsalı proqramına qayıtması məsələsini həll edə bilərlər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak “Anadolu” agentliyinə müsahibəsində bildirib.
"F-35 ilə bağlı qərarlar bu ilin sonuna qədər əldə oluna bilər", - o qeyd edib.
T.Barrak bildirib ki, “F-35” mövzusu uzun müddətdir gündəmdədir: “ABŞ və Türkiyə bu məsələni geridə qoymaq istəyirlər”.
O, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın müvafiq göstərişlər verəcəyini ehtimal edib. Səfir, həmçinin əlavə edib ki, ABŞ Konqresi də bu problemlə yenidən məşğul olmağa hazırdır.
"Növbəti bir neçə ay ərzində iki lider və iki xarici işlər naziri arasında yeni görüş, ikitərəfli gündəliyin yenilənməsi, beş il ərzində müzakirə olunan bütün bu məsələləri görəcəksiniz", - T.Barrak əminliyini ifadə edib.
O qeyd edib ki, “F-35” və “F-16” təyyarələri Türkiyənin müdafiə potensialının vacib tərkib hissəsidir.
Oxşar xəbərlər
Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb
Tramp ABŞ-nin Türkiyədəki səfirini Suriya üzrə elçi təyin edib
ABŞ “Apache” helikopterlərini ilin sonuna qədər Polşaya çatdıracaq
Aİ ölkələri ilin sonuna qədər müdafiə fondu haqqında saziş imzalaya bilər
Rusiyadan benzin ixracına qoyulan qadağa ilin sonuna qədər uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













