İzmirin bir neçə rayonunda meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təxliyə edilib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
00:00

İzmirin bir neçə rayonunda meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təxliyə edilib - YENİLƏNİB

30 in, 2025
00:00
599

İzmirin bir neçə rayonunda meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təxliyə edilib - YENİLƏNİB

Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.

“Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir ki, yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.

Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.

İzmir Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb Adnan Menderes Hava Limanı Qaziemir rayonunda yanğın zonasının yaxınlığında yerləşməsidir. Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı təyyarələrin qəbulunu və enişini dayandırıb. İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların həmişəki kimi davam edəcəyi gözlənilir. Yanğının söndürülməsinə 1,1 min yanğınsöndürən, 6 təyyarə, 23 su maşını göndərilib. Sürəti saatda 70-117 km arasında dəyişən güclü küləklər səbəbindən yanğınsöndürən təyyarələrin uçuşu və mütəmadi su atması çətinləşir.

18:56

Türkiyənin İzmir vilayətinin Qaziemir rayonunda, Beyazevler məhəlləsi yaxınlığındakı tullantı sahəsində yanğın başlayıb.

Bu barədə "Sizinxeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir. Güclü küləyin təsiri ilə yanğın meşəlik əraziyə yayılıb.

Bununla yanaşı, Buca rayonunda yanğın Otokent Avtosalonlar Kompleksinə qədər çatıb.

Hazırda meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Polis qüvvələri TOMA vasitəsilə yanğının qarşısını almağa çalışır.

Yanğın baş verən bölgədə avtomobil yolları bağlanıb.

Bizimlə əlaqə saxlayın