İbrahim Yumaklı: Türkiyədə iyunun 1-dən bu gündək 1 459 yanğına müdaxilə edilib
sizinxeber.az xəbər saytı

İbrahim Yumaklı: Türkiyədə iyunun 1-dən bu gündək 1 459 yanğına müdaxilə edilib


Türkiyədə iyunun 1-dən bu gündək 1 459 meşə yanğınına müdaxilə edilib.

“Report” xəbər verir ki, bu barədə yanğınlarla bağlı İzmirə gələn ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Nazirin sözlərinə görə, İzmir, Aydın, Dənizli və Manisada 9 böyük meşə yanğını baş verib.

O, qeyd edib ki, İzmirdə yanğınla əlaqədar 4 kənd və 2 məhəllə boşaldılıb: “Yanğınsöndürənlər gecənin qismən sakitliyindən istifadə edərək səhərə qədər yanğınlara müdaxiləni davam etdirəcək. Lazım gəlsə, yaşayış məntəqələrindən evakuasiya edilməli olan yerləri də boşaldacağıq.

Hadisə zamanı 3 vətəndaş tüstüdən zərər çəkib, onların həyatı üçün təhlükə yoxdur”.

Nazirin sözlərinə görə, iyunun 1-dən bu gündək 1 459 yanğına müdaxilə edilib: “Meşə yanğınlarının baş verməsinə səbəb olmaq ağır cinayətdir. Həbs cəzaları var. Bir daha çağırış edirik ki, açıq yerlərdə tonqal qalamayaq. Yaşıl vətəni təkcə bir nəfər yox, bütün vətəndaşlar qorumalıdır. İqlim dəyişikliyi məsələsi artıq sadə mövzu deyil, o, öz təsir sahələrini üç dəfə artırır”.

Oxşar xəbərlər

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Türkiyəli nazirdən xəbərdarlıq: Diqqətli, ehtiyatlı olmaq lazımdır
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
Nazir: Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle