Tbilisidə Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçirilib
sizinxeber.az xəbər saytı

Tbilisidə Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçirilib


Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə əsas məqsəd azərbaycandilli məktəblərdə mövcud problemləri müzakirə etmək, dövlət qurumlarının diqqətini aktual məsələlərə yönəltmək, fikir mübadiləsi aparmaq və perspektivləri müəyyənləşdirmək olub.

Qurultay çərçivəsində təşkil olunan panel müzakirələrdə iştirakçılar kadr çatışmazlığı, ana dili və dövlət dili fənlərinin tədrisi, ikidilli (bilingval) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki tərcümə və məzmunla bağlı problemlər, həmçinin infrastruktur məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı azərbaycandilli məktəblərdə ikidilli kadr çatışmazlığının davam etdiyi, mövcud resurslarda tərcümə xətalarının tədris prosesinə mənfi təsir göstərdiyi vurğulanıb.

Qurultayda azərbaycandilli məktəblərdə çalışan müəllimlərlə yanaşı, Gürcüstanın dövlət qurumlarının, diplomatik nümayəndəliklərin və təhsil sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə tabe olan Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin qeyri-gürcüdilli məktəblərə dəstək proqramının meneceri Nino Berikaşvili də qatılıb.

Qeyd edək ki, Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı 2023-cü ilin iyun ayında keçirilib.

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin İkinci Qurultayı keçiriləcək
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib - FOTO
Gürcüstanda azərbaycandilli məktəblərdə Novruz bayramına görə bir günlük istirahət olacaq
Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər
BSU-da tərcümə işinin vəziyyəti müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle