Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir
sizinxeber.az xəbər saytı

Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir


Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.

Oxşar xəbərlər

Ararat Mirzoyan: Azərbaycanla münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlar davam edir
Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq
Ermənistan XİN: Türkiyə ilə münasibətlərin normallaşması prosesinə sadiqik
Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər