sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya Sumı vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sərhədyanı Sumı vilayətini atəşə tutması nəticəsində üç nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə regionun polisi yayıb.
“Düşmən hücumu nəticəsində üç dinc sakin həlak olub. Onların arasında dağılmış evin qalıqları altından çıxarılmış 8 yaşlı oğlan da var. Daha altı nəfər, onlardan üçü uşaq olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir”, – polisin teleqram kanalında bildirilib.
Qeyd olunub ki, Rusiya ordusunun zərbəsi nəticəsində həmçinin 30 yaşayış evi və dörd avtomobilə ziyan dəyib. Bundan başqa, hadisə yerində yanğın da başlayıb.
Oxşar xəbərlər
Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var
Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
Zelenski: Rusiyanın zərbələri nəticəsində Sumıda 4 nəfər ölüb, 30-a yaxın insan yaralanıb - YENİLƏNİB
Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













