Fransa PUA-lara görə "Rafale"ni təkmilləşdirir
sizinxeber.az xəbər saytı

Fransa PUA-lara görə "Rafale"ni təkmilləşdirir


Fransa pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq məqsədilə “Rafale” qırıcıları üçün bir neçə təkmilləşdirmə hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Fransa Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi general Jerom Bellanger deyib.

"Məqsəd “Rafale”ni daha ucuz sistemlərlə təchiz etməkdir", - deyə o bildirib.

General həmçinin PUA-larla mübarizə aparmaq üçün lazerlə idarə olunan raketlərdən istifadəni də istisna etməyib.

O qeyd edib ki, Fransa hazırda dronları zərərsizləşdirmək üçün bahalı “Mica” raketlərindən istifadə edir. Bu raketlərin biri 600 min avrodur.

Oxşar xəbərlər

Fransa raket istehsalını sürətləndirir - General
Fransa 2027-ci ildə BƏƏ-yə “Rafale” qırıcılarını tədarük etməyə başlayacaq
Fransa milyonluq raketlərlə İranın 30 min avroluq dronlarını vurur
Fransa ordusunun Baş Qərargah rəisi istefaya göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər