Trampın tədbirində atəş açan şəxs saxlanıldı - Video
ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını "Vaşinqton Hilton" otelindəki qəbulu zamanı baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Sizinxeber.Az xəbər verir ki, onun saxlanılması görüntülərini ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində paylaşıb.
Görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür.
Məlumata görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı müəllim Koul Tomas Allendir. O, həbs olunub.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
