HƏMAS silahların bir hissəsini təhvil verir
sizinxeber.az xəbər saytı

HƏMAS silahların bir hissəsini təhvil verir


HƏMAS nümayəndələri təşkilatın Qəzzadakı strukturlarında saxlanılan silahların bir hissəsini təhvil verməyə hazır olduğunu açıqlayıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb.

“HƏMAS polis və daxili təhlükəsizlik qüvvələrinə məxsus minlərlə avtomat və digər silahları təhvil verə bilər. HƏMAS əvvəllər silahların ötürülməsi məsələsini müzakirə etməkdən açıq şəkildə imtina etdiyi üçün belə bir addım onun tərəfindən əhəmiyyətli güzəşt olacaq. Silahlar Sülh Şurası çərçivəsində Qəzzanı idarə etmək üçün yaradılan Fələstin İnzibati Komitəsinə verilə bilər”, - mənbə bildirib.

Oxşar xəbərlər

“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır
HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər
Suriya DİN keçmiş rejim üzvlərini silahları dərhal təhvil verməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər