Beyrutda səfərdə olan nazir İsrailin hücumuna məruz qaldı
sizinxeber.az xəbər saytı

Beyrutda səfərdə olan nazir İsrailin hücumuna məruz qaldı


Livanın paytaxtı Beyrutda Belçika xarici işlər naziri Maksim Prevonun rəhbərlik etdiyi nümayəndə heyətinin olduğu yerin yaxınlığına kütləvi raket zərbələri endirilib.

Axar.az xəbər verir ki, bu barədə belçikalı nazir X səhifəsində yazıb.

Onun sözlərinə görə, Belçika nümayəndə heyəti səfirlikdə olarkən raketlər bir neçə yüz metr aralıya düşüb.

Nazir bildirib ki, hadisə Livan Prezidenti Cozef Aunla söhbətindən qısa müddət sonra baş verib.

"Bu gün Livan hakimiyyətinə tam dəstəyimizi və İsrail ilə Hizbullah arasındakı amansız münaqişədən zərər çəkmiş ailələrlə dərin həmrəyliyimizi ifadə etmək üçün Beyruta gəldim", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Prevo İsrailin davam edən zərbələri ilə əlaqədar Livana dəstəyini ifadə edib
Livan prezidenti: İsrail yanvarın 27-dək ölkənin cənubunu tərk etməlidir
İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib
İran XİN başçısı Livanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər