SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
sizinxeber.az xəbər saytı

SEPAH komandanı Azərbaycanla sərhədə gəldi


“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı komandirinin müavini Keyumərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri edib.

Far.Az Unikal-a istinadən xəbər verir ki, səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib.

Onun sözlərinə görə, quru qoşunları bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə qadirdir.

Heydəri sərhəd pozucularının istənilən hərəkətinə və mümkün müdaxilələrə qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və sarsıdıcı cavab veriləcəyini vurğulayıb.

Qeyd edək ki, İran qərbdən İraq, şimal-qərbdən isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.

Oxşar xəbərlər

SEPAH maksimum hazırlıq vəziyyətinə gətirilib
SEPAH: İran istənilən səviyyədə müharibəyə hazırdır
"Xatəm əl-Ənbiya": İran özünümüdafiədən hücuma keçib
İran Silahlı Qüvvələrinin Baş Qərargahı: İsrail bütün qırmızı xətləri keçib
DSX: COP29 zamanı qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər