Başına 10 milyon qoyulmuşdu, amma biz havayı öldürdük
sizinxeber.az xəbər saytı

Başına 10 milyon qoyulmuşdu, amma biz havayı öldürdük


İsrail Müdafiə Qüvvələri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavinini məhv edib.

Far.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb.

Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar “daha təhlükəsiz” vəziyyətdədir.

“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, lakin biz bunu havayı etdik”, - o əlavə edib.

Oxşar xəbərlər

İsrail ordusu Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
İsrael Kats: Əli Laricani hava zərbəsi nəticəsində öldürülüb
Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar