Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
13:30
ff

Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq

17 mar, 2026
13:30
599

Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin hücumunun hədəfi olduğuna dair xəbərlərdən sonra yaxın zamanda müraciətlə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Daha əvvəl İsrail KİV-ləri məlumat yaymışdı ki, Laricani martın 17-nə keçən gecə İsrail ordusunun hücumlarının hədəflərindən biri olub.

Daha əvvəl, İsrail ordusu Tehrana hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymaninin öldürüldüyünü bəyan edib.

Bizimlə əlaqə saxlayın

×
×