Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb - YENİLƏNİB
Lavrov Ermənistana səfər edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri müzakirə ediləcək
Bildirilib ki, Respublika Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.
Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.
13:13
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Mayın 21-də Ermənistan Xarici İşlər Nazirliyində Ermənistan və Rusiya XİN rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB
Lavrov: Rusiya “3+3” regional əməkdaşlıq platformasını olduqca perspektivli hesab edir
Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb
Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













