Zaxarova: NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkməyə davam edir
sizinxeber.az xəbər saytı

Zaxarova: NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkməyə davam edir


NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkmək kursunu davam etdirir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 28-də Gürcüstanda 17 ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın iştirakı ilə başlayan NATO komanda-qərargah təlimlərini şərh edərkən deyib.

O, NATO-nun məlum tədbirini Şimali Atlantika alyansının ekspansiyası adlandırıb. "Heç kəsdə illüziya qalmamalıdır ki, Şimal alyansının Cənubi Qafqazdakı hər bir fəaliyyəti təhlükəsizliyin möhkəmlənməsinə deyil, regionda qeyri-stabillik zonası və hərbi gərginlik yaratmağa istiqamətlənib. Blokun əsas məqsədi region ölkələrinin potensial və resursunu kollektiv qərbin maraqları naminə istifadə etməkdir. Ümid edirik ki, adı çəkilən respublikalarda belə tədbirlərdə iştiraka tənqidi yanaşacaqlar".

Oxşar xəbərlər

Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb
Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle