Vizasız ölkələrdən gələn xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq
Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, iyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.
Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.
QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır. Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir.
İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür.
Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.
Oxşar xəbərlər
Rusiyaya gələn əcnəbilərdən biometrik məlumatlar tələb olunacaq
Ötən il 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb
Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Bu il Rusiyaya gedən miqrantların rəqəmsal profilləri yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













